“Dövlət qulluğunun müddətində dəyişiklik edilsin” – Ombudsman | Təhsil Elanları
“Dövlət qulluğunun müddətində dəyişiklik edilsin” – Ombudsman
Bölmə:Dövlət qulluğu 785 dəfə oxunub
26.02.2019

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) dövlət qulluğunda xidmət illərinin minimum həddi kimi nəzərdə tutulan müddətin azaldılmasını təklif edir.

“Report” xəbər verir ki, bu, Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində əksində əksini tapıb.

Məruzədə bildirilib ki, dövlət qulluqçularının sosial təminat hüququnun səmərəli təmin edilməsi üçün dövlət qulluğunda xidmət illərinin minimum həddi kimi müəyyən edilən qulluq stajının 15 ildən 10 ilə endirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliyə ehtiyac var.

Sənəddə qanunvericiliklə müəyyən edilmiş qaydada I qrup əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlara ümumilikdə 30 ildən az olmamaqla qulluq edən kişilərin 60, 25 ildən az olmamaqla qulluq edən qadınların isə 55 yaşına çatdıqda güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər qrupuna aid edilməsi məqsədilə “Əmək pensiyaları haqqında” qanunun 9-cu maddəsinə əlavələr olunması təklif edilib.