Niyə Tehsil.im saytında reklam yerləşdirmək sizin üçün sərfəlidir? | Təhsil Elanları
Niyə Tehsil.im saytında reklam yerləşdirmək sizin üçün sərfəlidir?
Bölmə:Xəbərlər 2027 dəfə oxunub
25.02.2019

Dünyanın inkişaf etmiş ölkələrində reklamverənlərin internetə ayırdığı pul hər gün artmaqda davam edir. Reklamverənlər internet reklamına hər il təxminən 20 milyard dollardan çox pul yatırır. 

Mütəxəssislərin araşdırmasına görə, internetdə reklam televiziyadan fərqli olaraq qalıcıdır və geri dönüşü daha çoxdur.

İnternet reklamı televiziya reklamı ilə nisbətdə çox ucuzdur.

Təəccüblü haldır ki, Azərbaycanda əksər reklamverən şirkətlər internet reklamçılığının fərqində deyil. Onlar televiziya reklamlarına xərclədiyi pulla internet reklamçılığından 10 dəfə daha böyük kütləyə çata bilərlər.

Məsələn, hansısa bir kanalın xəbərlər proqramında bir dəqiqəlik reklama 2000 manat pul xərclənir. Bu, cəmi bir ayda bir dəfə və bir dəqiqə yayımlanır. İnsanlar bir dəqiqə ərzində qeydlərini götürə bilməyəcəklər.

Amma təsəvvür edin, günlük girişi 80-100 min civarında olan bir-iki saytın ən yaxşı yerində (Arxa plan, top banner, full screen və s.) 30 gün, 24 saat fasiləsiz reklam yerləşdirə bilərlər. Ən əsası isə, bu reklamı görənlər reklama tıklama və ətraflı məlumat almaq imkanına malik olurlar. Reklam daim ordadır. Bir də düşünün ki, internet istifadəçilər günbəgün artmaqdadır, televiziya izləyiciləri isə azalmaqda davam edir.

Əsas hədəf- kütləniz gənc nəsildirsə, ümumiyyətlə internet reklamı sizin birinci seçiminiz olmalıdır.

Əsas hədəfə- kütləyə çata bilmək üçün reklamın yerini yaxşı yerdən seçməlisiniz.

Tehsil.im saytı günlük 700- 1000 insanın daxil olduğu bir saytdır. Bu sayta ay ərzində 25000-dən çox istifadəçi daxil olur.

Eyni zamanda saytımızın "Facebook” səhifəsini  34 min, İnstagram səhifəsini 32 min nəfərə yaxın insan bəyənir və ümumilikdə 100 min nəfər təhsil qruplarına sahib bir saytdır. Bu səhifə və qruplardan da saytmıza hər gün yüzlərlə insan daxil olur.

Universitetlərdə saytın geniş PR kompaniyası aparıldığı üçün oxucuların əksəriyyətini gənclər təşkil edir. Orta yaş göstəricisi: 18-27-dir. Saytda abituriyent, tələbə və müəllimləri maraqlandıran bir sıra bölmələr vardır. Həmçinin iş axtaran gənclər üçün də İş Elanları bölməsi vardır ki, bu bölməyə mütəmadi olaraq yeni və real vakansiyalar əlavə olunur. Xatırladaq ki, Tehsil.im saytı 03 iyul 2014-cü il tarixdən fəaliyyətdədir.