Deloitte Azərbaycan şirkətində iş imkanı - Karyera günü | Təhsil Elanları
Deloitte Azərbaycan şirkətində iş imkanı - Karyera günü
Bölmə:Elanlar 488 dəfə oxunub
22.02.2019

Hörmətli tələbələr,
Deloitte Azərbaycan sizi salamlayır!
Böyük məmnuniyyətlə, sizin kimi iddialı, istedadlı gənclərin cəlb olunması üçün illik işə qəbul proqramımızın başlandığını elan edirik.

Deloitte, sizə peşəkarlarla işləmək və yeni imkanlar kəşf etmək fürsəti verir. Burada siz bütün karyeranız boyunca faydalana biləcəyiniz bacarıq və təcrübələrə yiyələnə biləcəksiniz.

Bizə qoşulun və Deloitte-un göstərdiyi xidmətlər və verdiyi fürsətlər barədə məlumat əldə etmək üçün Audit və Əminlik və İnsan resursları üzrə mütəxəssislərimizlə tanış olun.

Təqdimatçılar: Deloitte Rəhbər heyəti
Yer:UNEC, əsas bina, Heydər Əliyev mərkəzi, Otaq 305
Vaxt: 25 fevral, 12:00