Vergi orqanlarında işə qəbulla bağlı karyera günü keçiriləcək | Təhsil Elanları
Vergi orqanlarında işə qəbulla bağlı karyera günü keçiriləcək
Bölmə:Xəbərlər 418 dəfə oxunub
19.02.2019

Vergilər Nazirliyinin İnsan Resursları Departamenti və UNEC Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Vergi orqanlarında işə qəbulla bağlı karyera günü keçiriləcək.

20 fevral saat 19.00-da keçiriləcək görüşdə işə qəbul prosesi barədə bütün suallara cavab tapa biləcəksiniz. Maraqlanan bütün UNEC tələbə və magistrları tədbirə dəvətlidir.
Məkan: UNEC, 4 saylı tədris binasının böyük akt zalı 
("Semaşko" korpusu, Abbas Səhhət, 45A)