Tələbələr üçün Təcrübə Proqramı - ÖDƏNİŞLİ | Təhsil Elanları
Tələbələr üçün Təcrübə Proqramı - ÖDƏNİŞLİ
Bölmə:Elanlar 516 dəfə oxunub
12.02.2019

“ILBS - Təlim və Biznes Mərkəzi” ödənişli şəkildə Tələbə Təcrübə Proqramını Təqdim Edir!

3 aylıq proqram ərzində seçilən şəxslər 4-sahə üzrə təcrübə keçəcəklər:

- Dizayn və Montaj
- Müştəri Əlaqələri 
- Korporativ Əlaqələr
- Sosial Media Marketinq

Hər sahə üzrə 1 nəfər seçiləcək və yarımştat (part-time) olaraq çalışacaqlar. Proqramda iştirak edən şəxslərə şirkət tərəfindən ödəniş ediləcək.

Təcrübə müddətini tam və uğurla bitirən şəxslər şirkətimizdə tam ştat işlə təmin olunacaqlar.

Proqram üçün kimlər müraciət edə bilər?
- 2,3,4-cü kurslar və magistrlar
- İxtisasından asılı olmayaraq bu sahədə çalışmaq istəyən postensiallı şəxslər
- Kompüter bilikləri (Word,Excel,Power Point) normal olanlar
- İnsanlarla effektiv ünsiyyət qura bilən
- Əyləncəli və komanda mühitində olmaq istəyən

Qeydiyyatı bizə uyğun gələn namizədlə əlaqə saxlayıb müsahibəyə dəvət edəcəyik.

Son müraciət tarixi: 20 fevral, 2019 -cu il.

Qeydiyyat linki: https://goo.gl/forms/iQWuJpVOLwcGrKnH2

Bizimlə əlaqə
012 599 83 55
077 235 55 35

ILBS harada yerləşir?
Şəhərin düz mərkəzində 28 May metrosu yaxınlığı (Səməd Vurğun bağının yanı), Nizami küçəsi 203B ünvanında, "AF Business House"-un 5-ci mərtəbəsində yerləşir.