Ali Məhkəmə könüllülərin qəbulunu elan edir | Təhsil Elanları
Ali Məhkəmə könüllülərin qəbulunu elan edir
Bölmə:Elanlar 1154 dəfə oxunub
08.02.2019

2019-cu ilin fevralından Azərbaycan Respublikası Ali Məhkəməsində fəaliyyət göstərəcək könüllülərin qeydiyyatına başlanılıb.

100 nəfər könüllünün qəbulunun nəzərdə tutulduğu Könüllülər Proqramına qoşulan gənclər  fəaliyyət göstərdiyi müddət ərzində yeni bilik və bacarıqlar qazanacaq, dünyagörüşlərini daha da artıracaq, hüquq sahəsində öyrəndikləri nəzəri bilikləri praktiki işdə həyata keçirmək şansı əldə edəcəklər.

Əsasən hüquq fakültələrində oxuyan və hüquq sahəsində işləyən könüllülərin Ali Məhkəmədə fərdi inkişafına hesablanmış müxtəlif təlimlər, seminarlar təşkil ediləcək. Onlar Ali Məhkəmənin ayrı-ayrı şöbələrində təcrübə keçəcək, hakimlərin iş təcrübəsini öyrənəcək, eyni zamanda Elektron Məhkəmə sistemi ilə yaxından tanış olacaqlar.

Könüllü olmaq istəyən gənclərin həvəsi  və təmsil etdikləri qurumu layiqincə təmsil etmək arzusu olmalıdır. Könüllü olmaq istəyənin xarici dil bilməsi arzu olunur. Hər həftə Ali Məhkəmədə keçirilən seminarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qəbul etdiyi qərarlar müzakirə olunur və könüllü gənclər həmin seminarda iştirak edəcəklər.

Könüllülərlə birgə iş birliyi Ali Məhkəmənin gənclər siyasəti sahəsində həyata keçirdiyi tədbir və layihələrin, eləcə də təqdim edilən dövlət xidmətlərinin tərkib hissəsidir.

Proqrama qoşulmaq istəyənlər bu elektron poçt ünvanına (contact@suremecourtgov.az) məktub yaza bilər və ya Ali Məhkəmənin internet səhifəsində (supremecourt.gov.az)   “onlayn müraciət” keçidinə daxil olaraq  müraciət edə və qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün bu telefonlara zəng etmək olar:  012 489 52 30,  012 489 07 07 (daxili 18120, 18122, 18123, 18140).