Rumıniyanın Xarici İşlər Nazirliyinin 2019/2020-ci tədris ili üçün təqaüd proqramı | Təhsil Elanları
Rumıniyanın Xarici İşlər Nazirliyinin 2019/2020-ci tədris ili üçün təqaüd proqramı
Bölmə:Təqaüdlər 633 dəfə oxunub
07.02.2019

Rumıniya Xarici İşlər Nazirliyi 2019/2020-ci tədris ili üzrə ali təhsilin müxtəlif səviyyələri üzrə təqaüd proqramı elan edir.

Təhsil səviyyəsi:  bakalavriat, magistratura, doktorantura

Tədris dili: rumın dili

İxtisaslar: memarlıq, incəsənət, Rumıniya mədəniyyəti və sivilizasiyası, jurnalistika, siyasi və idarəetmə elmləri, sosial və humanitar elmlər, neft-qaz, kənd təsərrüfatı və texnologiya elmləri, baytarlıq.

Qeyd: tibb və əczaçılıq ixtisasları nəzərdə tutulmamışdır.

Maliyyələşmə:  təhsil haqqı, yataqxana xərcləri, aylıq təqaüd (bakalavriat - 65 avro, magistratura təhsil səviyyəsi üçün 75 avro, doktorantura 85 avro).

Ətraflı məlumat və tələblər: https://www.mae.ro/en/node/10251

Sənədlərin təqdim edilməsi üçün son tarix: 22.02.2019

Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları yuxarıdakı keçiddə göstərilən müvafiq ərizə formaları ilə birgə tələb olunan sənədləri 15.02.2019-cu il tarixi, 16:00-17:00-da Təhsil Nazirliyinin vətəndaşların qəbulu otağında Günəş Övsətovaya təqdim etməlidir.

Namizədlərin seçimi Rumıniyanın aidiyyəti nazirlikləri tərəfindən həyata keçirilir.

Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə Rumıniyanın Azərbaycandakı Səfirliyi ilə əlaqə saxlamaq tövsiyə edilir.