"Gilan Holding"də təcrübə imkanı! | Təhsil Elanları
"Gilan Holding"də təcrübə imkanı!
Bölmə:Elanlar 952 dəfə oxunub
30.01.2019

"Gilan Holding"in Mühasibatlıq, hesabatlıq və Konsolidasiya şöbəsində təcrübə!
İş növü: Yarım iş günü (Part-time)
İş təcrübəsi tələb olunmur və işyeri Bakıdadır.

Tələblər:
Maliyyə/Mühasibatlıq ixtisaslı 3-cü və 4-cü kurs tələbəsi və ya yeni məzun;
Yüksək səviyyədə Azərbaycan və ingilis dili biliyi;
MS Ofis proqramlarının sərbəst istifadəçisi;
ACCA F2, F3 və ya CIMA C01, C02 və yaxud CFA (1-ci dərəcə) arzuolunandır;
Tez öyrənmək bacarığı.

Öhdəliklər:
Biznes vahidlərindən aylıq maliyyə hesabatlarının toplanması və hesablanması;
Holding üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasında köməkliyin göstərilməsi;
Tələb olunduğu halda maliyyə təhlili və digər maliyyə layihələri ilə bağlı rəhbərliyə köməkliyin göstərilməsi;
Maliyyə təhlili və biznes vahidləri hesabat imkanlarını artırmaq üçün bölmə rəhbərliyi ilə sıx əməkdaşlığın qurulması;
Hesabat üzrə Aparıcı Mütəxəssislər və Maliyyə Menecerləri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
Aktiv və öhdəliklərin inventarizasiyası (Bakıda və regionlarda)

Müraciət üçün: https://hr.gilanholding.com/v/4888?fbclid=IwAR1NCQPfz_5S-Md3MQB1xB_VyQEJcW8y7L1sR4ia86A79Y_lH6j5jTmF-kw

 

"Gilan Holding"ə daxil olan mühasibatlıq şirkəti "Professional Support Center" Qəbələ, Ağdaş, Göyçay regionları üzrə Təcübə proqramına start verir!
- iş təcrübəsi tələb olunmur
Tələblər və şərtlər:
- Maliyyə və mühasibatlıq üzrə ali təhsil (2015-2019-cu illərin məzunu)
- Güclü analiz etmək bacarığı
- Texniki ingilis dili biliyi arzuolunandır

Müraciət etmək üçün internship@gilanholding.com email ünvanına CV-nizi göndərməyiniz xahiş olunur.