"İnkişafda Sən-2“ layihəsinə start verilir | Təhsil Elanları
"İnkişafda Sən-2“ layihəsinə start verilir
Bölmə:Elanlar 204 dəfə oxunub
25.01.2019

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Xəzər Gənclər Evinin (Xəzər Gənclər Evi / Khazar Youth Center ) birgə təşkilatçılığı ilə "İnkişafda Sən-2“ layihəsinə start verilir.

Layihə çərçivəsində 30 iştirakçı seçiləcək, seçilən iştirakçılara şəxsi inkişafa aid təlimlər keçiləcək. Təlimlər aşağıdakı mövzuları əhatə edəcək.

- Düzgün CV hazırlamaq;
- İşə qəbul müsahibələrində düzgün ünsiyyət;
- Nitq mədəniyyəti;
- Bədən dili;
- Kollektivlə iş (Komanda işi);
- Liderlik;
- Şəbəkələşmə və onun əhəmiyyəti;
- QHT-lərdə işin şəxsi inkişafda rolu.

Qeyd edək ki, layihə 8 təlimdən ibarət olacaq və Xəzər Gənclər Evində keçiriləcək. Bütün təlimlərdə iştirak etmək vacibdir.

Seçim online müraciət və müsahibə əsasında aparılacaq.

Layihənin keçiriləcəyi tarixlər: 09.02.2019 - 30.03.2019

Əlaqə: Mob:(+994)558852230

E-mail: training@cavan.az

Qeydiyyat Linki : https://bit.ly/2B4cqjQ

 Müraciət üçün son tarix: 02.02.2019