İslam İnkişaf Bankının 2019-2020-ci tədris ili üçün təqaüd proqramı | Təhsil Elanları
İslam İnkişaf Bankının 2019-2020-ci tədris ili üçün təqaüd proqramı
Bölmə:Təqaüdlər 1037 dəfə oxunub
21.01.2019

İslam İnkişaf Bankı (İİB) 2019-2020-ci tədris ili üçün təlim, təhsil və tədqiqat təqaüd proqramları elan edib.

Proqrama əsasən, peşə təhsili, bakalavriat, magistratura, doktorantura, doktorantura sonrası tədqiqat səviyyələri üzrə təqaüdlər təklif olunur.

Təqaüd proqramının tədris dili ingilis dilidir. Təhsil haqqı, yaşayış xərcləri, tibbi sığorta və gediş-gəliş bileti İslam İnkişaf Bankı tərəfindən ödəniləcək.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları tələb olunan sənədləri cari ilin fevralın 28-dəkhttps://isdbscholarships.smartsimple.com/s_Login.jsp   səhifəsinə göndərməlidirlər.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.