Bu gecə benzin bahalaşır | Təhsil Elanları
Bu gecə benzin bahalaşır
Bölmə:Xəbərlər 318 dəfə oxunub
08.01.2019

Qardaş ölkə Türkiyədə bu gecədən etibarən dizel təxminən 18 kuruş, benzin isə 17 kuruş bahalaşacaq. Axar.az xəbər verir ki, bu barədə EPGİS-in məlumatında deyilib. Belə ki, Ankarada 5,76 lirəyə satılan dizelin bir litri bundan sonra 5,94-ə satılacaq. Benzin isə 5,94-dən 6.11-ə kimi bahalaşacaq.
İstanbulda isə dizel 5,63 lirədən 5,81-ə kimi yüksələcək. Benzin də öz növbəsində 5,82 ilə 5,99 arasında dəyişəcək.
Qeyd edək ki, sözügedən artım milli valyuta ilə müqayisədə 7-8 qəpik arasında dəyişir.