“Azərbaycanda rəhbər vəzifələrdə çalışan qadınların sayı 10 faizdən də azdır” – Məleykə Abbaszadə | Təhsil Elanları
“Azərbaycanda rəhbər vəzifələrdə çalışan qadınların sayı 10 faizdən də azdır” – Məleykə Abbaszadə
Bölmə:Xəbərlər 222 dəfə oxunub
19.12.2018

“Azərbaycan qadınlarının çox yüksək intellektual potensialı var”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Azərbaycanda İnsan Kapitalı üzrə Forum”da deyib.

O bildirib ki, artıq 26 ildir Azərbaycanda müxtəlif məzmunlu imtahanlar keçirirlər: “On yaşından başlayaraq gənclər imtahan verir. 26 il ərzində apardığımız statistik təhlillər göstərir ki, bütün mərhələlərdə orta statistik Azərbaycan qadını kişilərlə eyni səviyyədədir və hətta bəzi sahələrdə üstündür. Təhsil sahəsində də Azərbaycan qadını əks cinslə eynidir, hətta bəzən onları qabaqlayır. Amma dövlət qulluğunda inzibati vəzifələrdə 30-40 faiz qadınlardır, rəhbər vəzifələrdə isə heç 10 faiz də qadın yoxdur. Mən hesab edirəm ki, Azərbaycan qadınlarının çox yüksək intellektual potensialı var. Azərbaycan qadınları sosial-iqtisadi inkişafa cəlb edilməlidir”.