Azərbaycanda gələn il üçün ehtiyac meyarı və yaşayış minimumu təsdiqlənib | Təhsil Elanları
Azərbaycanda gələn il üçün ehtiyac meyarı və yaşayış minimumu təsdiqlənib
Bölmə:Xəbərlər 199 dəfə oxunub
30.11.2018

Milli Məclis gələn ilin ehtiyac meyarı və yaşayış minimumunu yekun-üçüncü oxunuşda təsdiqləyib.

“Report” xəbərə verir ki, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsini nəzərdə tutulub.