Diplomların tanınması ilə bağlı sənəd qəbulu dayandırılacaq | Təhsil Elanları
Diplomların tanınması ilə bağlı sənəd qəbulu dayandırılacaq
Bölmə:Xəbərlər 242 dəfə oxunub
30.11.2018

Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu müvəqqəti olaraq dayandırılacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu dekabrın 1-2-də müvəqqəti olaraq dayandırılacaq. Buna səbəb elektron ərizə sistemində aparılan təkmilləşdirmə işləridir.

Aparılan təkmilləşdirmə işlərində əsas məqsəd sənədlərə baxılması prosesinin sürətləndirilməsi, vətəndaşlarla əks əlaqənin gücləndirilməsi və sistemin dayanıqlılığının təmin edilməsidir.