Bakıda elm festivalı başladı - VİDEO
Bölmə:AMEA 885 dəfə oxunub
10.11.2014

Paytaxt Bakı növbəti festivala ev sahibliyi edir. Belə ki, bu gün “Bakı Elm Festivalı-2014” öz işinə başlayıb. Milli Elmlər Akademiyasında təşkil edilən Elm Festivalı iki gün davam edəcək.

Bu gün işə başlayan festivalda sərgi də təşkil olunub. Bir çox orta məktəblərdə festivalı izləmək mümkün olub. 
Festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunmuş elmi nailiyyətləri nümayiş etdiriləcək.

Festival Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Məqsəd elm və cəmiyyəti, həmçinin elmin müxtəlif sahələrini bir-birinə yaxınlaşdırmaq, elmi nailiyyətləri nümayiş etdirmək, gənc nəslin bu sahəyə marağını artırmaqdır.