“Magistratura Mərkəzində təhsil alan 1300-dək tələbə kadr kimi hazırlanır” – Rektor | Təhsil Elanları
“Magistratura Mərkəzində təhsil alan 1300-dək tələbə kadr kimi hazırlanır” – Rektor
Bölmə:Xəbərlər 161 dəfə oxunub
26.10.2018

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Magistratura Mərkəzində təhsil alan 1300-dək tələbə iqtisad elminin müxtəlif sahələri üzrə kadr kimi hazırlanır.Burada magistr hazırlığına demək olar ki, universitetin bütün kafedraları cəlb olunub. Dərslər təcrübəli professor və dosentlər, həmçinin ayrı-ayrı nazirlik, komitə, özəl müəssisə və təşkilatların respublikada tanınmış, ən nüfuzlu, aparıcı mütəxəssisləri tərəfindən aparılır.

Bu barədə UNEC-in rektoru, professor Ədalət Muradov Magistratura Mərkəzinə qəbul olan I kurs tələbələri ilə görüşündə danışıb.

Rektor qeyd edib ki, UNEC-də iqtisadiyyat və idarəetmə ixtisasları ilə yanaşı, texniki ixtisaslar üzrə də kadr hazırlığı həyata keçirilir. Bu ixtisas istiqamətlərinə dair beynəlxalq əməkdaşlığın genişləndirilməsi daim diqqətdə saxlanılır. UNEC-də texniki ixtisaslar üzrə təhsil alan tələbələr üçün ikili diplom proqramlarının hazırlanması prioritet məsələdir.