AMEA-nın həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşları artırıldı | Təhsil Elanları
AMEA-nın həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşları artırıldı
Bölmə:AMEA 618 dəfə oxunub
17.10.2018

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinə dövlət qayğısını artırmaq, onların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədi daşıyır.

Sərəncamla 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 1200 manat məbləğində müəyyən edilib.