“18 təhsil müəssisəsinin rəhbəri intizam məsuliyyətinə cəlb olunub” – Nazir müavini | Təhsil Elanları
“18 təhsil müəssisəsinin rəhbəri intizam məsuliyyətinə cəlb olunub” – Nazir müavini
Bölmə:Xəbərlər 370 dəfə oxunub
12.09.2018

“Ötən tədris ilində 10 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib”.

“Report” xəbər verir ki, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən tədris ilində BŞTİ-nin bir əməkdaşı, 20 direktor müavini, 9 müəllim, 1 kitabxana müdiri işdən çıxarılıb: “Eyni zamanda, 2 BŞTİ əməkdaşı, 18 təhsil müəssisəsinin rəhbəri, 32 direktor müavini, 54 müəllim, BŞTI-yə tabe struktur bölmələrinin 6 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub”.

M.Vəliyeva əlavə edib ki, BŞTI-yə tabe struktur bölmələrinin 30 əməkdaşı, 27 təhsil müəssisəsinin rəhbəri, 11 direktor müavini, 40 müəllimə isə xəbərdarlıq edilib.