Məktəblərdə mobil telefonlar qadağan olunur | Təhsil Elanları
Məktəblərdə mobil telefonlar qadağan olunur
Bölmə:Xəbərlər 957 dəfə oxunub
06.09.2018

Azərbaycanda məktəbəqədər və orta təhsil müəssisələrində mobil rabitə vasitələrinin istifadəsinin qadağan olunması təklif olunub.

“Report”un məlumatına görə, bununla bağlı yeni hazırlanan “Orta ümumtəhsil məktəbləri haqqında” qanun layihəsində xüsusi bənd, İnzibati Xətalar Məcəlləsində isə əlavələrin edilməsi gözlənilir.

Yeni qanun layihəsinin hazır olduğu təqdirdə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir.