Azərbaycan Dövlət Aqrar Universitetindən abituriyentlərə unikal fürsət! | Təhsil Elanları
Azərbaycan Dövlət Aqrar Universitetindən abituriyentlərə unikal fürsət!
Bölmə:Xəbərlər 701 dəfə oxunub
02.08.2018

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişi əsasında 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan və kənd təsərrüfatı yönümlü ixtisasları seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 100 manat, 500 və daha çox bal toplayanlara isə 200 manat əlavə təqaüd veriləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sahəyə və aqrar təhsilə diqqəti və qayğısı nəticəsində Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazası ən müasir standartlara uyğun yenidən qurulmuş, iki tələbə evi gənclərin istifadəsinə verilmişdir. Universitet müasir laboratoriyalar və avadanlıqlarla təchiz olunmuşdur.

Bu gün qeyri-neft sektoru olaraq aqrar sahənin inkişafı və bunun üçün bazar rəqabətli, innovativ, müasir düşüncə tərzinə malik kadr bazasının yaradılması dövlətimizin əsas prioritetlərindəndir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişi əsasında 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan və kənd təsərrüfatı yönümlü ixtisasları seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 100 manat, 500 və daha çox bal toplayanlara isə 200 manat əlavə təqaüd veriləcək. Aqrar yönümlü ixtisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır. Universitet bundan əlavə abituriyentlərə yüksək təhsillə yanaşı müasir standartlara cavab verən yataqxana da vəd edir.

Aqrar yönümlü ixtisaslar:        

  • Torpaqşünaslıq və aqrokimya
  • Aqronomluq
  • Meşəçilik
  • Zootexniklik
  • Balıqçılıq və balıqçılıq təsərrüfatı işi
  • Aqromühəndislik
  • Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi
  • Şərabçılıq
  • Bitki mühafizəsi
  • Bağçılıq və tərəvəzçilik
  • Su bioehtiyatları və akvabitkilər
  • Ekologiya
  • Baytarlıq
  • Əczaçılıq

 

Əziz abituriyentlər, aqrar təhsili seçin, kənd təsərrüfatımızın tərəqqisinə öz töhfənizi verin!