Təhsil eksperti imtahan sualında səhv tapdı – DİM təkzib etdi | Təhsil Elanları
Təhsil eksperti imtahan sualında səhv tapdı – DİM təkzib etdi
Bölmə:Xəbərlər 534 dəfə oxunub
26.07.2018

“Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən II ixtisas qrupunda iki səhv test tapşırığı olub. Onlardan biri 91-ci sualdır. Testin A və C bəndlərinin hər ikisi doğrudur”.

Modern.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov öz “facebook” hesabında paylaşıb. O bildirib ki, Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssisləri iddia edə bilməzlər ki, abituriyent burada tam cavabı seçməlidir:

“Burada hər iki bənddə doğru cavab var və bu test tapşırığı abituriyentlərin xeyrinə qəbul edilməlidir”.

Ekspert növbəti səhv test tapşırıqlarını yazacağını qeyd edib.

Qeyd edək ki, səhv sual II qrup D variantı Tarix fənnindəndir.

Səslənən fikirlərə cavab olaraq Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Modern.az-a açıqlama verib.

“Səslənən fikirlərə cavab olaraq deyə bilərəm ki, test tapşırıqlarında hər hansı yanlışlıq yoxdur”.

Xatırladaq ki, bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.