Ötən ilin məzunlarının 44 faizi imtahanda 200-dən az bal toplayıb | Təhsil Elanları
Ötən ilin məzunlarının 44 faizi imtahanda 200-dən az bal toplayıb
Bölmə:Xəbərlər 311 dəfə oxunub
22.06.2018

2017-2018-ci tədris ili üçün keçirilən qəbul imtahanlarında 15 abituriyent 700 bal toplayıb. Lent.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin illik hesabatında məlumat verilib.

Məlumatda qeyd olunur ki, hər il 102 nəfər abituriyent prezident təqaüdü almaq imkanı qazanır. Prezident təqaüdü almaq imkanı qazanan abituriyentlər tərəfindən ən çox seçilən universitetlər Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, ADA universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası olub.

Qeyd edək ki, 2017-ci ildə keçirilən imtahanlarda cari ilin məzunlarının 44 faizi 200 baldan az toplayıb. Qəbul imtahanlarında son 5 ildə 200-dən çox bal toplayan abituriyentlərin göstəricilərinə nəzər saldıqda isə dinamikanın artıma doğru getdiyi müşahidə olunub. Bu rəqəm 2012-ci ildə 35, 2017-ci ildə isə 51 faiz olub.