Rezidentura imtahanının ikinci mərhələsi iyulun 8-də keçiriləcək | Təhsil Elanları
Rezidentura imtahanının ikinci mərhələsi iyulun 8-də keçiriləcək
Bölmə:Xəbərlər 268 dəfə oxunub
11.06.2018

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün namizədlərin qeydiyyatı iyunun 14-dək uzadılıb. Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilir ki, qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar. Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği (100 AZN) “Şəxsi kabinet”-lərinin hesabına əlavə edib iyunun 14-dək qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

İxtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 8-də keçiriləcək.