Bu ixtisası seçən tələbələrə əlavə 200 manat təqaüd veriləcək | Təhsil Elanları
Bu ixtisası seçən tələbələrə əlavə 200 manat təqaüd veriləcək
Bölmə:Xəbərlər 713 dəfə oxunub
05.06.2018

Prezidenti İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü-Torpaqşünaslıq və aqrokimya, Aqronomluq, Meşəçilik, Zootexniklik, Balıqçılıq və balıqçılıq təsərrüfatı işi, Aqromühəndislik,  eliorasiya və su təsərrüfatı, tikintisi mühəndisliyi, Şərabçılıq, Bitki mühafizəsi, Bağçılıq və tərəvəzçilik, Su bioehtiyatları və akvabitkilər, Ekologiya, Baytarlıq və Əczaçılıq ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 (iki yüz) manat əlavə təqaüd veriləcək. Azərbaycan Dövlət Aqrar Universitetindən Lent.az-a daxil olan məlumata görə, aqrar yönümlü ix­­tisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır.

Uni­versitet bundan əlavə abituriyentlərə yüksək təhsillə yanaşı müasir standartlara cavab verən yataqxana da vəd edir.

Bildirilib ki, prezident İlham Əliyevin aqrar sahəyə və aqrar təhsilə diqqəti və qayğısı nəticəsində Azərbaycan Dövlət Aqrar Uni­ver­­si­tetinin maddi-texniki bazası ən müasir standartlara uyğun yenidən qurulub, iki tələbə evi gənclərin istifadəsinə verilib. Universitet müasir laboratoriyalar və avadanlıqlarla təchiz olunub. Bu gün qeyri-neft sektoru olaraq  aqrar sahənin inkişafı və bunun üçün bazar rə­qa­bət­li, innovativ, müasir düşüncə tərzinə malik kadr bazasının yaradılması döv­ləti­mi­zin əsas prioritetlərindəndir.

Universitet abitiriyentlərə çağırış edərək aqrar təhsili seçmələrini, kənd təsərrüfatının tərəqqisinə öz töhfələrini vermələri xahiş olunub.