Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmək istəyən namizədlərin nəzərinə! | Təhsil Elanları
Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmək istəyən namizədlərin nəzərinə!
Bölmə:Dövlət qulluğu 1009 dəfə oxunub
05.06.2018

Dövlət qulluğuna qəbulun test imtahanı mərhələsində bütün vəzifə qrupları (AA, AB, AC, BA və BB vəzifə qrupları) üçün Azərbaycan dili üzrə vahid proqramdan istifadə olunacaq

Dövlət İmtahan Mərkəzi “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 3375 nömrəli Sərəncamına əsaslanaraq qərara almışdır ki, dövlət qulluğuna qəbulun test imtahanı mərhələsində bütün vəzifə qrupları (AA, AB, AC, BA və BB vəzifə qrupları) üçün Azərbaycan dili üzrə vahid proqramdan istifadə olunsun.

Dövlət İmtahan Mərkəzinin internet portalında test imtahanı mərhələsində yoxlanılan bilik sahələrinə aid müvafiq proqramlarla, o cümlədən yenilənmiş Azərbaycan dili proqramı ilə tanış ola bilərsiniz.