Əmlak Məsələləri Dövlət Komitəsinin Karyera Layihəsi | Təhsil Elanları
Əmlak Məsələləri Dövlət Komitəsinin Karyera Layihəsi
Bölmə:Xəbərlər 443 dəfə oxunub
25.05.2018

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin start verdiyi “Əmlak Məsələləri Dövlət Komitəsində könüllü fəaliyyət və işə qəbul” Layihə haqqında Əmlak Məsələləri Dövlət Komitəsinin Aparatının İnsan resurslarının idarə edilməsi və dövlət  qulluğu şöbəsinin əməkdaşları Bakı Mühəndislik Universitetində tələbələrə layihə haqqında ətraflı məlumat verdilər!

Layihə çərçivəsində tələbələrimiz Əmlak Məsələləri Dövlət Komitəsinin yüksək vəzifəli əməkdaşları tərəfindən keçirilən təlimlərdə və müxtəlif qurumlarında könüllü fəaliyyətin həyata keçirilməsində iştirak edəcəklər. Tələbələrimiz bu layihə çərçivəsində təcrübəli işçilərlə ünsiyyət, real iş mühitinin mənimsənilməsi və iş etikasının öyrənilməsi imkanlarını qazanacaqlar.

Proqramın sonunda bütün məzunlar sertifikatlarla təltif ediləcəklər.

Proqramda iştirak etmək istəyən tələbə və məzunlar buradan http://www.e-emdk.gov.az:30034/Volunteer/FormApply 

qeydiyyatdan keçə bilərlər.

Proqramın tələbləri:

Təhsil: İqtisadiyyat və idarəetmə, Hüquq və Mühəndislik sahəsində ali təhsil

Yaş həddi: 30 yaşa qədər

Proqramda iştirak tamamilə ödənişsizdir.

Proqram həftə içi beş gün saat 09:00-dan 18:00-dək keçirilməklə iki ay davam edəcəkdir.

Layihənin əhatə dairəsi: 

Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan qurumlar daxilində müxtəlif fəaliyyət sahələri:

1. İnsan Resurslarının İdarə Edilməsi;

2. Maliyyə;

3. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı;

4. İnformasiya Texnologiyaları və proqramlaşdırma;

5. Mühəndislik;

6. Hüquq.

Layihənin əsas məqsədi gənclərin inkişafina töhfə verməkdən və Əmlak Məsələləri Dövlət Komitəsinin struktur bölmələri üçün gənc kadr ehtiyatını hazırlamaqdan ibarətdir.