Ali məktəbə qəbulun sadələşdirilməsini təklif edir | Təhsil Elanları
Ali məktəbə qəbulun sadələşdirilməsini təklif edir
Bölmə:Xəbərlər 319 dəfə oxunub
24.05.2018

Azərbaycanda ali məktəblərə qəbul sisteminin sadələşdirilməsi təklif olunur.

APA-nın məlumatına görə, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Pərvin Kərimzadə bildirib ki, ali məktəblərə qəbulun sadələşdirilməsi ali təhsilin keyfiyyətinə və kəmiyyətinə də müsbət təsir edər.

O qeyd edib ki, xüsusilə fənn olimpiadalarının nəticələrinin, daha çox da respublika üzrə fənn olimpiadalarının nəticələrinin qəbul zamanı diqqətə alınması bu olimpiadaların statusunu da qaldırır. P. Kərimzadə bunun nəzərə alınmasını təklif edib.

Digər deputat Tahir Mirkişili də eyni təkliflə çıxış edib: “Hesab edirəm ki, ali məktəblərə qəbulu asanlaşdırıb, oranı bitirməyi çətinləşdirməliyik. Dünyanın hər yerində belədir”.