Bakıda universitet tələbəsi intihar edib | Təhsil Elanları
Bakıda universitet tələbəsi intihar edib
Bölmə:Xəbərlər 247 dəfə oxunub
21.05.2018

Bakıda intihar edən gəncin tələbə olduğu məlum olub.

“Report”un xəbərinə görə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil 1996-cı il təvəllüdlü Ramiz Şahmalıyev özünü asıb.

Hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Qeyd edək ki, R.Şahmalıyev dördüncü kurs tələbəsi olub.