Dövlət İmtahan Mərkəzində mayın 5-də SAT imtahanı verməli olan şəxslərin nəzərinə! | Təhsil Elanları
Dövlət İmtahan Mərkəzində mayın 5-də SAT imtahanı verməli olan şəxslərin nəzərinə!
Bölmə:Xəbərlər 428 dəfə oxunub
08.05.2018

College Board- Ali Təhsilə Qəbul Şurası tərəfindən verilən qərara əsasən, mayın 5-də keçirilməsi təxirə salınan SAT imtahanı mayın 19-da keçiriləcəkdir.

İmtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. Gözləmə siyahısında (waiting list) olan şəxslər də bu imtahanda iştirak edə bilməyəcək.

İmtahan 19 may, saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

İmtahan iştirakçıları "College Board" hesablarına daxil olaraq yeni buraxılış vərəqəsini (Admission Ticket) çap etməlidirlər. İmtahana buraxılış şəxsiyyəti təsdiq edən sənəd (ID) və  buraxılış vərəqəsi (Updated Admission Ticket) əsasında həyata keçiriləcək.

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/sat/

Qeyd edək ki, College Board- Ali Təhsilə Qəbul Şurası tərəfindən verilən qərara əsasən, ABŞ-ın bir neçə ştatı, Azərbaycan, Belçika, Misir, Honkonq, Hindistan, İrlandiya, Qazaxıstan, Yeni Zelandiya və s. ölkələrdə (tam siyahı ilə buradan tanış ola bilərsiniz) mayın 5-də keçirilməsi nəzərdə tutulan SAT imtahanları təxirə salınmışdı.