Dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərin nəticələri haqqında statistik məlumatlar | Təhsil Elanları
Dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərin nəticələri haqqında statistik məlumatlar
Bölmə:Dövlət qulluğu 853 dəfə oxunub
28.04.2018

2018-ci il aprelin 22-də keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və müxtəlif ali təhsil müəssisələrini bitirmiş şəxslərin nəticələri haqqında növbəti statistik  məlumatları təqdim edirik

Qeydiyyatdan keçmiş 1672 namizəddən 1490 nəfər DİM-in (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olmuşdur. Bu şəxslərdən  658 (44.2%) nəfər imtahandan uğurla keçmişdir.

Aşağıdakı cədvəldə bu şəxslərin TQDK-nın keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri verilmişdir. Verilənlərə əsasən, imtahandan uğurla keçənlərin faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.

 
Bal intervalı     Qeydiyyatdan  
keçib
Test imtahanından   
uğurla keçib 
  Faizlə 
  (%)

0-100

7

0

12.5

101-200

60

15

25.0

201-300

296

99

33.4

301-400

446

184

41.3

401-500

382

201

52.6

501-600

233

121

51.9

601-700

66

38

57.6

Yekun:

1490

658

44.2

Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olmuşdur. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1672 namizəddən 182 nəfər ali təhsil müəssisələrinə TQDK-nın əmri ilə qəbul olmamışdır. Onlardan yalnız 18 nəfər (9.9%) imtahanda uğur qazanmışdır. Müvəffəqiyyət əldə edənlərdən 13 nəfər  xaricdə yerləşən təhsil müəssisələrini, 5 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.