Dövlət qulluğuna işə qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və müxtəlif ali təhsil müəssisələrini bitirmiş şəxslərin nəticələri haqqında statistik məlumatlar | Təhsil Elanları
Dövlət qulluğuna işə qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və müxtəlif ali təhsil müəssisələrini bitirmiş şəxslərin nəticələri haqqında statistik məlumatlar
Bölmə:Dövlət qulluğu 667 dəfə oxunub
27.02.2018

2018-ci il fevralın 18-də keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və müxtəlif ali təhsil müəssisələrini bitirmiş şəxslərin nəticələri haqqında statistik  məlumatları təqdim edirik

Qeydiyyatdan keçmiş 1537 namizəddən 1363 nəfər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olmuşdur. Bu şəxslərdən  453 nəfər imtahandan uğurla keçmişdir.

Aşağıdakı cədvəldə bu şəxslərin TQDK-nın keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları və ona uyğun olaraq dövlət qulluğuna qəbul imtahanından keçənlərin sayı, faiz göstəriciləri verilmişdir. Cədvəldən görünür ki, imtahandan uğurla keçənlərin faizi bal intervallarına mütənasib olaraq artır.

Bal intervalı

Qeydiyyatdan
 keçib

Test imtahanından
 uğurla 
keçib

Faizlə (%)

0-100

10

0

0.0

101-200

63

6

9.5

201-300

265

49

18.5

301-400

407

121

29.7

401-500

325

128

39.4

501-600

228

111

48.7

601-700

65

38

58.5

Yekun:

1363

453

33.2

Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olmuşdur. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1537 namizəddən 174 nəfər ali təhsil müəssisələrinə TQDK-nın əmri ilə qəbul olmamışdır. Onlardan yalnız 13 nəfər (7.4%) imtahanda uğur qazanmışdır. Müvəffəqiyyət əldə edənlərdən 1 nəfər  xarici təhsil müəssisələrini, 12 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.