Rezidenturaya qəbul imtahanlarına hazırlaşanların nəzərinə! | Təhsil Elanları
Rezidenturaya qəbul imtahanlarına hazırlaşanların nəzərinə!
Bölmə:Xəbərlər 216 dəfə oxunub
23.01.2018

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanlarına hazırlaşanlara kömək məqsədi ilə vəsaitlər hazırlamışdır.

23.01.2018

Bildiyiniz kimi, artıq bir neçə ildir ki, Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanlarına hazırlaşanlara kömək məqsədi ilə “Baza fənləri üzrə test toplusu” adlı məcmuə, “İnsan anatomiyası”, “Bioloji kimya” vəsaitlərini hazırlayıb nəşr etmişdir. Vəsaitləri aşağıda qeyd olunan üsullardan istifadə edib əldə edə bilərsiniz.

“İnsan anatomiyası”

Vəsait Azərbaycan Tibb Universitetinin insan anatomiyası fənni üzrə tədris proqramı və DİM-in rezidenturaya qəbul imtahanı proqramı əsasında hazırlanmışdır. Vəsait tərtib olunarkən yeni “anatomik nomenklatura”dan istifadə edilmiş, tədris prosesində qarşıya çıxan konkret problemlərə daha çox diqqət yetirilmişdir.

Vəsaiti sifariş etmək üçün keçid: http://www.abiturient.az/index.php?status=etrafli&id=663&fenn=&lang=az

“Bioloji kimya”

Vəsait Azərbaycan Tibb Universitetinin bioloji kimya fənni üzrə tədris proqramı və rezidenturaya qəbul imtahanı proqramı əsasında hazırlanmışdır. Vəsait tərtib olunarkən elmin müasir nailiyyətlərindən istifadə edilmiş, tədris prosesində qarşıya çıxan konkret problemlərə daha çox diqqət yetirilmişdir. Vəsaitdə kimyəvi reaksiyalar zamanı yerini dəyişən atom və ya molekulların, eləcə də bəzi sxemlərin rəngli təsvir olunması, eyni zamanda mürəkkəb biokimyəvi proseslərin reaksiyalarının sözlə ifadəsinin də verilməsi namizədin öyrəndiyi materialı daha asan qavramasına və yadda saxlamasına şərait yaradacaqdır.

Vəsaitin elektron versiyasını (pdf formatında) DİM-in rəsmi saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal .

Vəsaitin çap variantını sifariş etmək üçün keçid: http://www.abiturient.az/index.php?status=etrafli&id=720&fenn=&lang=az

 “Baza fənləri üzrə test toplusu” adlı məcmuə

Baza tibb təhsili əsasında rezidenturaya qəbul imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulmuş vəsait onların tədris prosesində əldə etdikləri biliklərinin operativ yoxlanılması və qiymətləndirilməsi, testlərlə işləmək vərdişlərinin möhkəmləndirilməsi, tədris olunan mövzuları daha yaxşı mənimsəmələri işinə kömək məqsədilə hazırlanmışdır. Vəsaitdə 2011-2014-cü illərdə qəbul imtahanlarında namizədlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarının izahı da verilmişdir.

Vəsaiti sifariş etmək üçün keçid:
http://abiturient.az/index.php?status=etrafli&id=675&fenn=&lang=az