Dövlət İmtahan Mərkəzində Vakansiya | Təhsil Elanları
Dövlət İmtahan Mərkəzində Vakansiya
Bölmə:İş Elanları 3312 dəfə oxunub
22.01.2018

Dövlət qulluğu məsələləri və insan resursları şöbəsi Dövlət qulluğu məsələləri üzrə sektor

Məsləhətçi
 

Struktur bölmə: Dövlət qulluğu məsələləri və insan resursları şöbəsi Dövlət qulluğu məsələləri üzrə sektor

Vəzifənin adı: məsləhətçi

Vəzifə maaşı: 600 AZN

Vəzifə təlimatı: 

 

  • İnsan resurslarının idarəedilməsi sahəsində vahid dövlət siyasətinin formalaşmasına və bu siyasətin həyata keçirilməsinə dair təkliflərin hazırlanması;

  • Dövlət qulluğunda insan kapitalı və insan potensialının artırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi;

  • Dövlət qulluğunda insan resurslarının idarəedilməsi problemlərinə  dair  tədqiqatların aparılmasında iştirak edilməsi, təhlillər və araşdırmaların aparılması;

  • İnsan resurslarının idarəedilməsi sahəsində öyrənilmiş beynəlxalq təcrübənin tətbiqi ilə əlaqədar təkliflərin hazırlanması;

  • Təlim tələbatlarının müəyyənləşdirilməsi və dövlət qulluqçuları üçün təlimlərin keçirilməsi;

  • Ehtiyat kadrların idarə edilməsi işinin təşkil edilməsi və bu sahədə təkliflərin hazırlanması;

  • Dövlət Qulluqçuları Reyestrinin aparılmasında iştirak edilməsi;

  • Dövlət qulluğuna qəbul ilə əlaqədar keçirilən müsabiqə və müsahibələrdə iştirak edilməsi;

  • Vətəndaşlardan və təşkilatlardan daxil olan müraciətlərə baxılması.

Təhsil: hüquqşünaslıq, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, psixologiya, tarix, politologiya, fəlsəfə, jurnalistika, sosiologiya, dilşünaslıq, filologiya, regionşünaslıq və iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil.

Xarici dil bilikləri: İngilis dili-B1; Rus dili-B1.

Kompüter tələbləri: MS Windows, MS Office, Internet  (orta səviyyədə).

Əmək stajı: tələb olunmur.

 

Qeyd: Dövlət qulluğu vəzifələri üzrə BA3, BA4 sertifikatını əldə etmiş namizədlərə, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan vəzifələr üzrə ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslərə üstünlük veriləcək.

 

Dövlət İmtahan Mərkəzində çalışmaq arzusunda olan namizədlər müraciət  formasını a.quliyeva@dim.gov.az elektron ünvanına 13 fevral 2018-ci il tarixədək  göndərə bilərlər.

Əlavə olunan sənədlər:  KADRLAR UÇOTUNUN ŞƏXSİ VƏRƏQƏSİ.docx