“Xalq Bank”da vakansiyalar | Təhsil Elanları
“Xalq Bank”da vakansiyalar
Bölmə:İş Elanları 1379 dəfə oxunub
27.10.2014

“Xalq Bank” Yevlax şəhərindəki filialına kiçik kassir, kassir, aparıcı kassir, böyük kassir, baş kassir vəzifələrinə işə qəbul elan edib.

Namizədlər maliyyə, iqtisadiyyat, menecment və hüquq sahəsində ali magistr təhsilli olmalı, riyazi hesablamalar aparmalı, kompüterdə işləməyi bacarmalıdır. Bank və yaxud bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır. Oğlan namizədlər hərbi xidməti bitirməli və yaxud hərbi xidmətdən möhlət hüququ olmalıdır.

Əsas vəzifə öhdəlikləri:
– Mərkəzi Bankın tələblərinə uyğun olaraq kassa əməliyyatları aparmaq;
– Əməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığını hesablamaq;
– Nağd vəsaitləri çeşidləmək;
– Bankomatları yükləmək və boşaltmaq;

Maraqlananlar 2014-cü il noyabrın 21-nə qədər öz CV-lərini cv@xalqbank.az  elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində vəzifənin adı qeyd olunmalıdır.
Əmək haqqı vəzifədən asılı olaraq 480 manatdan 1120 manata qədərdir. Bank təcrübəsi olmayan namizədlər 320 manat əmək haqqı ödənilməklə stajçı kassir  götürülə bilər.
İş vaxtı həftənin 5 günü, saat 9:00-dan 18:00-a qədərdir.