“İş yerlərini ali təhsillilər yaratmalıdır, bizim gənclər isə…” – AMEA-nın idarə rəisi | Təhsil Elanları
“İş yerlərini ali təhsillilər yaratmalıdır, bizim gənclər isə…” – AMEA-nın idarə rəisi
Bölmə:AMEA 867 dəfə oxunub
22.11.2017

“Plagiat məsələsi ölkəmizdə də aktualdır. İstər ölkə xaricində, istərsə də ölkə daxilində qazanılan mövcud elmi nəticələrə istinad edilmir, həmin elmi nəticələr yeni nəticə kimi təqdim olunur. Bu sahədə etik qaydalar pozulur”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov “Müasir elm – gənclərin baxışı ilə” adlı elmi-praktik konfransda deyib.

İdarə rəisi qeyd edib ki, əksər vaxtlar gənclər iş tapa bilmədiklərindən şikayət edirlər: “İş yerini ali təhsilli şəxslər yaratmalıdır. Amma bizim gənclər universiteti bitirən kimi diplomu əllərinə alıb, gedirlər hər hansı təşkilatın qapısına ki, bizi işə götürün. Bu yanaşma kökündən yanlışdır”.