Kadrlar üzrə Mütəxəssis | Təhsil Elanları
Kadrlar üzrə Mütəxəssis
Bölmə:İş Elanları 578 dəfə oxunub
19.11.2017

Vəzifə: Kadrlar üzrə Mütəxəssis

Əsas vəzifə:

- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulunu, vəzifə keçirmələrini, işdən azad edilmələrini, bütün növ məzuniyyətlərin, intizam tənbehinin verilməsini və mükafatlandırılmasını rəsmiləşdirmək 
- İşçilərin şəxsi işlərini formalaşdırıb qaydaya salmaq, habelə əmək fəaliyyəti ilə bilavasitə bağlı olan dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını yerinə yetirmək 
- İşçilərin əmək kitabçalarında vaxtında qeydlər aparmaq, onları qorumaq, əmək stajını hesablamaq, habelə cari və əvvəlki əmək fəaliyyəti haqqında arayışlar vermək 
- İşçilərə məzuniyyətlərin verilməsi uçotunu aparmaq, növbəti məzuniyyət cədvəlinin tərtibatına və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək 
- Cəmiyyətin kadrlara olan tələbatını təmin etmək, kadrlarla bağlı məşğulluq və digər orqanlarına müvafiq hesabatları təqdim etmək 
- Xəstəlik vərəqələrinin hesabalanması 
- İş vaxtının rejiminə riayyət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və s.

Namizədə dair tələblər:

- Ali təhsilli;
- Bu sahədə minimum 3 ilə kimi iş təcrübəsi;
- Azərbaycan və rus dili əla bilmək;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək 
- Kompüter proqramlarında sərbəst işləmək;
- Məsuliyyətli və diqqətli;
- Ünsiyyət qurma və yüksək təqdimat bacarığı;
- Problemləri həll etmə bacarığı;
- İdarəçilik  qabiliyyəti;

İş Şərtləri:

• Həftədə 6 iş günü, 1 gün istirahət; 
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir; 
• Korporativ nömrə və danışıq vaxtı və nahar şirkət tərəfindən təmin edilir.

Müraciət üçün son tarix: 16.12.2017

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Kadrlar üzrə Mütəxəssis” qeyd edərək recruitment@optimal.az ünvanına göndərməyiniz xahiş olunur.