"SABAH" xaricdə təhsil sərgisi keçiriləcək | Təhsil Elanları
"SABAH" xaricdə təhsil sərgisi keçiriləcək
Bölmə:Xaricdə Təhsil 674 dəfə oxunub
04.11.2017

Noyabrın 23-də Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin təşkilatçılığı ilə "SABAH" xaricdə təhsil sərgisi keçiriləcək. Sərgidə ABŞ, Birləşmiş Krallıq, Almaniya, Fransa, İspaniya və digər ölkələrin universitetləri iştirak edəcək.

Sərgi iştirakçıları bakalavriatura, magistratura, doktorantura, MBA proqramları, yay kursları, qısamüddətli kurslar, təcrübə və xarici dil proqramları, həmçinin müxtəlif təqaüd və güzəşt imkanları haqqında məlumat və məsləhət almaq imkanı əldə edəcəklər.

Sərgi çərçivəsində müxtəlif təhsil pillələri, universitetlərə müraciət, uğurlu viza sənədləşməsi mövzularında seminarlar təşkil olunacaq.

"SABAH" xaricdə təhsil sərgisində iştirak etmək istəyənlər www.sabahsergisi.eventbrite.com saytından qeydiyyatdan keçə bilərlər.