Akademiyada yeni kadr təyinatları oldu | Təhsil Elanları
Akademiyada yeni kadr təyinatları oldu
Bölmə:AMEA 756 dəfə oxunub
01.11.2017

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bəzi kadr dəyişiklikləri aparılıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin bugünkü iclasında məlumat verilib.

İclasda bildirilib ki, AMEA-nın Ictimai Elmlər Bölməsi Bürosunun yeni tərkibi və Qafqazşünaslıq İnstitutunun Elmi Şurasının tərkibi təsdiq edilib.

İclasda qəbul edilən qərara görə, sənətşünaslıq üzrə elmlər doktoru Kübra Əliyeva Memarlıq və Incəsənət Institutunun direktor müavini vəzifəsindən azad olunub.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov Memarlıq və İncəsənət İnstitutunun, filologiya üzrə elmlər doktoru Lalə Əhmədova Hüquq və İnsan Haqları İnstitutunun, fəlsəfə üzrə fəlsəfə doktoru Sevinc Həsənova Fəlsəfə İnstitutunun elmi katibi vəzifəsinə təyin edilib.