Marketinq üzrə təcrübəçi axtarılır | Təhsil Elanları
Marketinq üzrə təcrübəçi axtarılır
Bölmə:Elanlar 740 dəfə oxunub
28.10.2017

Auto Azərbaycan şirkəti Marketinq depatamentinə təcrübəçi axtarır.
 
Yaxşı başlanğıc çox önəmlidir! Tələbə olaraq peşəkar həyata daxil olmaq, biznes dinamikasının nəbzini tutmaq və gələcəkdə sizi gözləyən karyera mübarizəsində daha uğurlu olmaq üçün bizim komandamıza qoşulmağa dəyər!
 
Korporativ Sosial Məsuliyyət proqramımız çərçivəsində elan etdiyimiz bu təcrübə proqramı ilə gənc mütəxəssislərin yetişdirilməsinə töhvə vermək istəyirik.
 
Avtomobil dünyasında - bu spesifik sahədə uğurlu kadr kimi yetişmək üçün elə indidən başlamaq çox vacibdir. Bu təcrübə şansı sizə önəmli biliklər qazandırmaqla gələcəyinizə bir investisiya xarakteri daşıyacaq. Proqramın iştirakçıları gələcəkdə həm Auto Azərbaycan şirkətində həm də başqa şirkətlərdə real iş imkanlarını qazanmağa bir addım yaxın olacaqlar.
 
Təcrübə proqramı çərçivəsində aşağıdakı üstünlükləri və bilik-bacarıqları əldə etmək imkanınız olacaq:
·         Qlobal marka təcrübəsi;
·         Korporativ ünsiyyət;
·         Biznes yazışmaları, sənədləşmələr və hesabatlar;
·         Bazar araşdırması.
Proqramın sonunda sertifikatla təmin olunacaqsınız.
Əgər bu məsuliyyəti hiss edirsinizsə hr@autoaz.az unvanına CV və müraciət məktubu (cover letter) göndərə bilərsiniz.
Təcrübə proqramı 15 Dekabra qədər davam edəcək. Proqram ödənişsizdir lakin yemək və yol xərcləri qarşılanır.