Dərsliklərin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri tələb olunur | Təhsil Elanları
Dərsliklərin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri tələb olunur
Bölmə:Elanlar 531 dəfə oxunub
22.10.2017

Xidmətlər haqqında qısa məlumat: Dərsliklərin qiymətləndirilməsi “Dərslikləri qiymətləndirmə meyarları”na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası (bundan sonra Şura) tərəfindən həyata keçirilir. Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosesini təşkil etməkdən ibarətdir. Seçilmiş ekspertlər dərslik komplektinin dövlət standartlarına və təhsil proqramına (kurikuluma) uyğunluğunu, elmi etibarlılığını, pedaqoji yanaşmalarını, bədii tərtibatını və dizaynını, dil və yazı üslubunu qiymətləndirəcəklər.

 

Xidmətlərin təsviri:

 

İbtidai təhsil səviyyəsinin aşağıdakı fənləri  üzrə ekspert xidmətləri:

1. Azərbaycan dili (tədris dili kimi)

2. Həyat bilgisi

3. Познание мира

4. Технология

5. Изобразительное искусство

6. Музыка          

7. Русский язык (как язык обучения)

8. Русский язык (иностранный язык)

9. Riyaziyyat

10. Математика

11. Информатика

 

Ümumi və tam orta təhsil səviyyəsinin aşağıdakı fənləri üzrə ekspert xidmətləri:

1. Русский язык (как язык обучения)

2. Русский язык (иностранный язык)

3. Литература

4. Riyaziyyat

5. Математика

6. Информатика

7. История Азербайджана

8. Ümumi tarix

9. Всеобщая история

10. Həyat bilgisi

11. Познание мира       

12. Физика

13. Химия

14. География

15. Biologiya

16. Биология

17. Физическое воспитание

18. Технология

19. Изобразительное искусство

20. Музыка

21. Допризывная подготовка

 

Namizədlərə verilən tələblər:

1. Təhsili: Namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ali təhsilə malik olmalıdır.

2. Təcrübəsi: Namizəd müraciət etdiyi fənnə uyğun ən azı 5 illik pedaqoji və ya elmi təcrübəyə malik olmalıdır.

3. İKT-dən istifadə bacarıqları: Namizəd Microsoft Word proqramından istifadə etməyi bacarmalıdır.

 

Müraciət forması: Müraciət edən şəxslər müraciət etdiyi fənni göstərmək şərti ilə elana əlavə olunmuş formada öz avtobioqrafiyasını (CV) 31.10.2017-ci il tarixədək aynure.hesenova@edu.gov.az elektron poçtuna göndərə bilər.   

  

Müraciətə baxılması: Daxil olan CV-lər əsasında tələblərə cavab verən namizədlər seçilərək onlardan müraciət etdiyi fənn üzrə ən azı bir dərsliyi qiymətləndirmək istəniləcəkdir. Təqdim edilən sınaq qiymətləndirmə əsasında ən uğurlu namizədlər müəyyənləşdiriləcək və onlar müsahibəyə dəvət ediləcəkdir.

 

Əlavə məlumatları iş günləri saat 09.00-dan 18.00-dək bu ünvandan almaq olar:

AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Əlaqələndirici şəxs: Aynurə Novruz qızı Həsənova

Əlaqə telefonları: (+ 994 012) 599-11-55 (əlavə 5126)

E-poçt: aynure.hesenova@edu.gov.az