Dövlət vergi orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş tеst imtаhаnının nəticələri | Təhsil Elanları
Dövlət vergi orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş tеst imtаhаnının nəticələri
Bölmə:Xəbərlər 496 dəfə oxunub
22.10.2017

Dövlət İmtahan Mərkəzi Vergilər Nazirliyi ilə birgə 2017-ci il oktyabrın

21-də vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirmişdir. 

İmtahan bütün binalarda saat 11:00-da başlanmış və 3 saat ərzində aparılmışdır. 

İmtahanın nəticələri elə həmin gün saat 16:30-dan etibarən DİM-in internet saytında elan olunmuşdur. 

İmtahanda iştirak etmək üçün 986 namizəd qeydiyyatdan keçmişdir. Onlardan 140 namizəd imtahana gəlməmişdir. İmtahanda iştirak edən 846 namizəddən 3 nəfəri üzərində mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilmişdir.  89 namizəd müsabiqə şərtini ödəyərək – 70 və daha yüksək bal toplayaraq ikinci mərhələyə-müsahibəyə buraxılmışdır. 

Ən yüksək nəticə 91 bal olmuşdur.