Kaplan metodikası ilə IELTS hazırlığı artıq Azərbaycanda | Təhsil Elanları
Kaplan metodikası ilə IELTS hazırlığı artıq Azərbaycanda
Bölmə:Elanlar 1148 dəfə oxunub
20.10.2017

Dərs Evinin Azərbaycanda yeganə Kaplan Sertifikatlı Tədris Mərkəzi adını qazanmasını elan etməyimizdən məmnunluq duyuruq və sizi açılış tədbirinə dəvət edirik.

Tədbirdə müxtəlif hökumət rəsmiləri, diplomatik nümayəndəliklər, yüksək səviyyəli menecerlər, təhsil sahəsində çalışan mütəxəssislər, universitetlərin nümayəndələri, məktəb direktorları iştirak edəcək.

Spikerlər:

Pavel Belorusskiy. İdarə Heyətinin üzvü, GİLAN Holdinqdə Dəyişikliklərin idarə olunması üzrə direktoru və "Dərs evi" tədris mərkəzinin icraçı direktoru.
Nimesh Shah. Beynəlxalq Kaplan Test Hazırlığının İcraçı direktoru.
Fariz İsmayılzadə. ADA Universitetinin Xarici, Hökumət və Tələbə İşləri üzrə Rektor müavini
Natavan Məmmədova. Azərbaycanda Amerika Ticarət Palatasının İcraçı Direktoru

Tarix: 28 oktyabr, şənbə, saat 11:00-da
Məkan: Holiday Inn hotel, Bakı zalı

Tədbirdə iştirak edərək test hazırlığı ilə bağlı bütün suallarınızı ünvanlaya və Kaplan metodikası ilə yaxından tanış ola bilərsiniz.

Qeydiyyatdan keçmək üçün link: https://goo.gl/SVEQkX
Daha ətraflı məlumat üçün: https://www.facebook.com/events/758647427672561/?