Prezidentin “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklərə etirazı qəbul edildi | Təhsil Elanları
Prezidentin “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklərə etirazı qəbul edildi
Bölmə:Dövlət qulluğu 817 dəfə oxunub
21.09.2017

Azərbaycan prezidenti İlham Əliyev Milli Məclis tərəfindən 2017-ci il iyunun 13-də qəbul edilmiş "Dövlət qulluğu haqqında” Qanuna dəyişikliklərə etiraz edib.

Tehsil.im Modern.az-a istinadla xəbər verir ki, bu barədə sentyabrın 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bildirilib.
İclasda prezidentin etirazı haqqında məsələyə baxılıb. 
Qeyd olunan sənədin məqsədəuyğun olmaması barədə dövlət başçısının təklifinin qəbul edilməsi qərara alınıb. 
Komitə üzvləri Azay Quliyev, Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev, Rafael Cəbrayılov, Tahir Kərimli öz çıxışlarında qanun layihələrinin əhəmiyyəti barədə fikirlərini açıqlayıblar. 

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.