Ateshgah sığortadan vakansiyalar | Təhsil Elanları
Ateshgah sığortadan vakansiyalar
Bölmə:İş Elanları 1204 dəfə oxunub
19.10.2014

Qarışıq həyat sığortası şöbəsinin mütəxəssisi

Namizədə tələblər
• Yaş: 25-35 
• Cinsi: fərqi etməz
• Təhsil: Ali
• İş təcrübəsi: minimum 2 il, satış üzrə, bank və ya sığorta sahəsində
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla),
• Kompyuter bilikləri: Ms Word, Ms Excel, Power Point

Şəxsi keyfiyyətlər 

• Ünsiyyət qurmaq bacarığı
• Yüksək nitq mədəniyyəti
• Xoş xarici görüş
• Yüksək təqdimat bacarığı
• Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı

Əsas vəzifə öhdəlikləri 
• Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
• Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
• Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
• Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;

İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən nahar
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Şirkət tərəfindən görüşlər üçün avtomobil təqdim olunur
• Əmək haqqı + rüblük motivasiya

Vəzifənin adı: Subroqasiya şöbəsinin mütəxəssisi

İşin məqsədi: Reqress və subroqasiya işləri üzrə sığorta şirkətləri, fiziki və yaxud hüquqi şəxslərdən məhkəmə prosedur qaydasında sığorta ödənişlərinin şirkətə qaytarılmasını təmin etmək 

Namizədə tələblər:
Yaş: 25-40
Cinsi: kişi
Təhsil: ali
İş təcrübəsi: 2 il hüquq sahəsində təcrübə (məhkəmə işləri üzrə təcrübə vacibdir)
Dil bilikləri: Azərbayan, rus (arzu ediləndir)
Kompyuter bilikləri: MC Office

İş şərtləri
İş vaxtı: 09.00 – 18.00
İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
İş yeri: Bakı ş, Mətbuat ofisi
Əmək haqqı + rüblük motivasiya
Ölkə daxili ezamiyyətlər


- Maraqlananlar öz CV formalarını job@ateshgah.com ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir )