İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? (2-ci və 3-cü qrup) | Təhsil Elanları
İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? (2-ci və 3-cü qrup)
Bölmə:Tələbə qəbulu 2662 dəfə oxunub
21.07.2017

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça nəşr etmişdir.
“Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçada II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunmuşdur.

 Nəzərinizə çatdırırıq ki, I və IV  ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar ali təhsil müəssisələrinə iyulun 22-də keçiriləcək qəbul imtahanın nəticələri elan edildikdən sonra çap ediləcəkdir. 

Kitabçaları aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar: 

  • Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi,28;
  • Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.