Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib | Təhsil Elanları
Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib
Bölmə:Təhsil Nazirliyi 2273 dəfə oxunub
18.05.2017

Təhsil Nazirliyinin “Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə” əmri ilə yeni qaydalar təsdiq edilib.

Ötən ilki qaydalardan fərqli olaraq, cari ildə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində yerdəyişməsi proqram təminatı tətbiq olunmaqla Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək.

Yeni qaydalara əlavə edilmiş dəyişikliyə əsasən, işə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı bal 1 il qüvvədə saxlanılır və növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququ verir. Belə ki, ötən tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində namizədlərin topladıqları bal 2017-2018-ci tədris ili üçün keçiriləcək müsabiqədə də qüvvədə saxlanılır. Müvafiq keçid balını toplamış namizədlər öz istəyi əsasında növbəti müsabiqənin birbaşa üçüncü mərhələsində iştirak etmək imkanına mailkdir. Yerləşdirilmə zamanı namizədin ən son iştirak etdiyi test imtahanının nəticəsi əsas götürülür.

Ötən ildən fərqli olaraq, cari ildə Təhsil Nazirliyinin birbaşa tabeliyində olan 10 ümumi təhsil müəssisəsinə müsabiqədənkənar qaydada müəllimləri işə qəbul etmək hüququ verilib. Həmin müəssisələrə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi ilə razılaşdırılmaqla həyata keçiriləcək.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi proqram təminatı tətbiq olunmaqla 25 may – 15 iyun 2017-ci il tarixlərində keçiriləcək. 1-14 iyul 2017-ci il tarixlərində isə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qəbulu aparılacaq.

Aşağıdakı keçidlərdən daha ətraflı məlumat almaq mümkündür.

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan