Dövlət İmtahan Mərkəzində işləmək imkanı! - VAKANSİYA | Təhsil Elanları
Dövlət İmtahan Mərkəzində işləmək imkanı! - VAKANSİYA
Bölmə:İş Elanları 6455 dəfə oxunub
11.05.2017

İş elanı

Dövlət İmtahan Mərkəzində (DİM) təcrübəli mütəxəssislər tərəfindən verilənlər bazasının yaradılması və idarə edilməsi üçün proqram təminatının yaradılması və təkmilləşdirilməsi üzrə işlər aparılır. Bu işlərin həyata keçirilməsi üçün mütəxəssislərə olan əlavə tələbatı nəzərə alaraq, DİM tərəfindən verilənlər bazasının yaradılması və idarə edilməsi üçün proqram təminatının yaradılması sahəsində təcrübəsi olan mütəxəssislərin işə qəbul olunması üçün müsabiqə elan edilir.

Qoyulan tələblər: kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi və ya onlara ekvivalent olan ixtisaslar üzrə ali təhsil, verilənlər bazasının yaradılması və idarə edilməsi üçün proqram təminatının yaradılması sahəsində bilik və bacarıqlar ( VBİS üzrə: Oracle, MS SQL Server. Proqramlaşdırma dilləri: C, C#, Java). Müvafiq sahədə iş təcrübəsi və beynəlxalq sertifikatları olan şəxslərə üstünlük verilir.

Müsabiqədə iştirak etmək istəyənlər 2017-ci il mayın 12-dən 25-dək sənədlərini (CV, diplom, əmək kitabçası və digər sənədlərin skan olunmuş surəti, tələb olunan sahədə əvvəllər yerinə yetirilmiş işlər haqqında məlumat) elektron formada press@dim.gov.az elektron poçt ünvanına göndərməlidirlər.