12 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsinə start verilib | Təhsil Elanları
12 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsinə start verilib
Bölmə:Xəbərlər 424 dəfə oxunub
11.05.2017

Mayın 11-də növbəti diaqnostik qiymətləndirməyə start verilib.  Qiymətləndirmə  Qax Olimpiya İdman Kompleksində keçirilir.

5 gün ərzində Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, həmçinin bu rayonlarda yerləşən Ağdam, Laçın, Kəlbəcər və Xocalı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq. Qiymətləndirmədə 12 mindən çox müəllim iştirak edəcək.

Diaqnostik qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq.

Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.