Azərbaycanlı gənc alim Beynəlxalq Konfransın sertifikatına layiq görüldü | Təhsil Elanları
Azərbaycanlı gənc alim Beynəlxalq Konfransın sertifikatına layiq görüldü
Bölmə:Xəbərlər 918 dəfə oxunub
06.05.2017

5-6 may 2017-ci il tarixində Bakı şəhərində Bakı Mühəndislik Universitetinin təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə Gənc Alimlərin I Beynəlxalq konfransı keçirilmişdir. Tədbirdə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı və AMEA MEK-in əməkdaşı Təranə Rüstəmova da iştirak etmişdir. O, “Avropa tarixi mənbələrində azərbaycan neftinə dair məlumatlar” adlı mövzu ilə məruzə etmişdir.

Məruzə Avropa tarixi mənbələrində Azərbaycan nefti haqqında ilkin məlumatların verilməsindən ibarətdir. Burada Azərbaycan nefti haqqında mənbələrin yazılması tarixi e.ə. I əsrdən başlayaraq XX əsrə qədərki tarixi dövrü xronoliji şəkildə təhlil edilmişdir. Qədim və orta əsrlərdə Azərbaycan nefti haqqında Avropa ölkələrində yazılı mənbələr nəinki əlyazma və yol qeydlərində, xatirələrdə yazılırdı, hətta dəsrliklər, monoqrafiyalar, məqalələr şəkilində də nəşr olunurdu. Məsələn, Almaniyada E.Yegerin Drezden səhmdar cəmiyyəti naftalın (Naftalan nefti) tətbiqi ilə bağlı dərslık nəşr etdirdilər və oraya E.Yegerin məqalələrindən başqa 600 həkimin rəyidə daxil edildi; Enqelbert Kempfer “Bakı yarımadasının Yeddi möcüzəsi” adlı kitabında  Bakının və Abşeron yarımadasının (müəllif onu Okesra adlandırır) neft quyularından danışılır; İ.V.Veytbrextin içində Abşeron nefti haqqında çoxlu məlumat olan “Neft haqqında” adlı ilk əsəri çıxmışdır; İ.Qanvey “Xəzər dənizində ingilis ticarətinə tarixi baxış” kitabı və s.

 Qeyd olunmuşdur ki,  Azərbaycan neftinə dair mənbələr təkcə səyyahların deyil, tarixçilər, elm adamları, sərmayəçilər, yazıçılar, siyasi xadimlər və s.nin qeydlərində, xatirələrində, elmi və bədii əsərlərində əksini tapmışdır. 

Həmçinin Azərbaycan neftindən müxtəlif məqsədlər üçün istifadə olunması barədə məlumatlar məruzə xüsuslə vurğulanmışdır.

 Sonda isə T.Rüstəmova konfransın sertifkatı ilə təltif olunmuşdur.