“Green card”ı udandan sonra - NƏ ETMƏK LAZIMDIR? | Təhsil Elanları
“Green card”ı udandan sonra - NƏ ETMƏK LAZIMDIR?
Bölmə:Xəbərlər 2857 dəfə oxunub
03.05.2017

El arasında “Green card” lotereyası və ya əsl adı ilə Diversity lottery nə olduğunu və “Green card”a necə qoşulmağın lazım olduğunu bir müddət öncə oxuculara təqdim etmişik.

Diversity lottery (Müxtəliflik lotereyası) ABŞ dövləti tərəfindən hər il keçirilən və dünya üzrə şanslı 50.000 insana ABŞ-da daimi yaşamaq,işləmək və s. hüquqları verən proqramın adıdır. Hər il Azərbaycandan təxminən 450 şanslı insan qazanır və ABŞ-a immiqrasiya edir.

Seyyah.az ABŞ-da yaşayan azərbaycanlı Elmir Misirzadənin təcrübəsi əsasında “Green card”da qalib olduqdan sonra  heç bir şirkətə pul ödəmədən hər şeyi qalibin özünün necə etməli olduğunu təqdim edir.

Məsələn,2016-cı ilin oktyabrda müraciət etmisiniz və cavabları yoxlamaq üçün mayın 5-də tarixindən etibarən dvlottery.state.gov  saytına daxil olaraq yoxlaya bilərsiniz. Bunun üçün sizə doğum iliniz,qeydiyyatdan keçərkən istifadə etdiyiniz email adres,confirmation number(case number) və soyadınız lazım olacaq.

- Əgər qalib olmusunuzsa yeni açılacaq səhifədə ” You have been selected” yazılacaq.

- Buzaman  DS-260 formunu dolduracaqsınız və aşağıdakı məlumatlar lazım olacaq :

- Pasport məlumatları

- Doğum şəhadətnaməsi

- Təhsil keçmişiniz

- İş keçmişiniz

- Qeydiyyatda olduğunuz ünvanlar

- ABŞ-da “Green card”ın göndəriləcəyi dostunuzun (qohumunuzun) ünvanı olmalıdır.

Formanı doldurmaq üçün case number(confirmation number) bu linkdəki boş xanaya daxil edirsiniz : https://ceac.state.gov/IV/Login.aspx

İngilis dili biliyiniz zəifdirsə,bilən biriylə doldurun!

Summary(Məzmun)

 

IV Application yazısının altında linkə klikləyərək müraciət edilən şəxs üçün hər detalın yazıldığını dəqiqləşdirin. Bu arada,çalışın hərf səhvi etməyin.

Şəxsi məlumatlar 1 hissə

Burada,ilk iki xanada soyadınızı və adınızı xarici pasportunuzda olduğu kimi 3-cü  xanada isə Azərbaycan şrifti ilə yazırsınız.

Digər xanalarda isə cins,münasibət statusu,doğum tarixi,doğulduğunuz şəhər,əyalət,ölkəni qeyd edirsiniz.

 

Şəxsi məlumatlar 2-ci hissə

Bu hissədə xanaları doldurarkən pasportunuz qarşınızda olsun və dəqiqliklə məlumatları yazın.

 

İndi və keçmişdə yaşadığınız yerlərin siyahısı, tarixi və s.

Çalışın bu hissəni də diqqətlə və səbrlə doldurun. Hərf səhvi etməyin.Əks halda, sizin üçün problem yarana bilər.

Məsələn, pasportunuzda hansısa ölkəyə giriş-çıxış tarixləri qeyd olunan (möhür) tarixləri qeyd edin.

16 yaşından sonra hər xarici ölkədə yaşadığınız müddəti, yeri, poçt indeksini yazın.

 

Poçt və ünvan  məlumatları

Burada qeyd edəcəyiniz ünvan ABŞ-da harada yaşayacağınızı bildirirsiniz.

 

Valideynlər haqqında məlumat

Özümüz haqqında məlumatları bitirdikdən sonra sırada valideynlər haqqında bəzi informasiyalar yazmalıdır. Doğulduqları tarix,yer,yaşayıb-yaşamadıqlarını və s. qeyd etmək lazımdır.

 

Ailə haqqında məlumatlar

Əgər evlisinizsə bu bölmədə yoldaşınızın və uşaqlarınız doğum tarixi, yeri və s. qeyd etməlisiz. 

 

Hazırki iş/təhsil haqqında məlumat

Tələbəsinizsə uyğun qrafanı seçib xanaları doldurun,işçisinizsə şəkildəki kimi edin.

 

Hazırki iş/təhsil haqqında məlumat

Tələbəsinizsə uyğun qrafanı seçib xanaları doldurun,işçisinizsə şəkildəki kimi edin.

 

Əlavə məlumatlar

 

Təhlükəsizlik və sağlamlığınız haqqında məlumatlar

Bu suallara dürüstlüklə cavab verin və fikrimcə,heç bir xəstəliyiniz yoxdur və bütün cavablaraNo seçəcəksiniz

 

Təhlükəsizlik və arxa fon : Cinayət

Burada keçmişinizdə hər hansı cinayət törətmisinizsə, onu qeyd edirsiz.

 

Təhlükəsizlik və arxa fon : Cinayət

Burada keçmişinizdə hər hansı cinayət törətmisinizsə, onu qeyd edirsiz.

 

Təhlükəsizlik və arxa fon : Təhlükəsizlik 2

Bu suallar da No ilə doldurulur. Təbii ki əgər cinayət işlətməmisizsə.

 

Təhlükəsizlik və arxa fon : Təhlükəsizlik 2

Bu suallar da No ilə doldurulur. Təbii ki əgər cinayət işlətməmisizsə.

 

Təhlükəsizlik və arxa fon : Müxtəlif 1-ci hissə

Burda da hər xanaya No yazılır.

 

Təhlükəsizlik və arxa fon : Müxtəlif 2-ci hissə

Bu xanalara da “no” yazılır.

 

Social Security Number

Əgər, əvvəllər ABŞ-da olmuşdunuzsa və SSN sahibi idinizsə bunu qeyd edin, Əgər orada olmamısınızsa, ilk xanaya No, 2 və 3-cü xanalara Yes seçin. Ümumiyyətlə,səfirlikdə müsahibədən keçib ABŞ-a daxil olduqdan 3 həftə sonra SSN əldə edəcəksiniz.

 

Formanı  bitirdinizsə, bird aha yoxlayın,daha sonra Submit-ə klikləyin və sonlayın.

Sizin formanız KCC ( Kentucky Consular Center) tərəfindən 4-5 ay ərzində yoxlanılacaq. Sualınız olsa və ya müsahibədən əvvəl formaya baxmaq istəsəniz bu email vasitəsilə KCC ilə əlaqə saxlaya bilərsiniz  : KCCDV@state.gov

Formanı təqdim etdikdən sonra 4-5 ay müddətində aşağıdakı sənədləri müsahibə üçün hazırlayın.Unutmayın,Azərbaycan vətəndaşı olduğunuz üçün müsahibə Tbilisidəki səfirlikdə baş tutacaq. İngilis dilində olmayan hər sənədi ASAN Xidmət-də tərcümə etdirməyiniz lazımdır. Və tərcümə edən şəxs (qurum) bildirməlidir ki,tərcümə dəqiqdir və tərcümə edən səlahiyyətlidir.

Təhsil sənədiniz – Attestat və ya daha yüksək diplom,

Doğum şəhadətnaməsi ,

Cinayətdə iştirak edənlər həmin işlə bağlı  məhkəmədən sənədləri almalı,tərcümə etdirməli və müsahibəyə aparmalıdırlar.

ABŞ-dan deport edilmisinizsə,deportasiya sənədlərini təqdim etməlisiz.

Evlilik sənədləri,

Lotereyanı qazandıqdan sonra evlənən,həyat yoldaşını itirən və ya boşanan şəxslər bunu sübut edən sənədləri tərcümə və təsdiq etdirib səfirliyə müsahibə zamanı təqdim etməlidirlər.

Hərbi xidmət keçmə haqqında sənəd

Ərazisində yaşadığınız polis sahə müvəkkilindən səfirlik üçün cinayət işlətmədiyiniz barədə  arayış alırsınız,tərcümə və təsdiqlə birgə müsahibəyə götürürsünüz.

Sənədləri hazırladıqdan sonra KCC-dən sizə Tbilisidəki müsahibəyə çağırışla bağlı email gələcək. Getməzdən öncə http://dvlottery.state.gov/daxil olursunuz.Confirmation number,doğum tarixi,email adresi və soyadınızı qeyd edərək müsahibə tarixi yazılan səhifəni çap  edirsiniz və özünüzlə müsahibəyə götürəcəksiniz.

Tbilisidə müsahibə olacağı üçün orada və ya Bakıda səlahiyyətli həkimlərdən biri tərəfindən sağlamlıq testindən keçməli olacaqsınız.

Həkimin yanına gedərkən özünüzlə bu sənədləri götürməyi unutmayın!

Viza müsahibəsi məktubu

Xarici pasportunuz

Pasport ölçülü 3 ədəd rəngli şəkil

İmmunizasiya qeydlərinizin surəti ( Hardan əldə edə biləcəyinizi elə bu həkimlərdən öyrənə bilərsiniz)

Sağlamlıq testindən keçdikdən sonra nəticələr səfirliyə göndəriləcək.Ancaq,həkimdən X-ray nəticələrinizi alın və ABŞ-a gələrkən əl baqajınızda saxlayın!

Müsahibədən öncə qalib olan hər adam üçün 330 $ rüsum ödəməlisiniz.Rüsumu necə ödəyəcəyinizi səfirliklə əlaqə saxlayaraq öyrənə bilərsiniz :support-georgia@ustraveldocs.com

Müsahibəyə bu sənədləri gətirməlisiniz!

DS-260 formanın təsdiq səhifəsi

Təyinat (appointment) məlumatı

2 ədəd 5×5 ölçülü rəngli şəkil

Sağlamlıq testinin nəticələri : Əgər həkim sizə bağlı zərfdə nəticələri verirsə,bunu açmadan səfirliyə gətirin.

Viza rüsumunu ödədiyinizi sübut edən çek.

Xarici pasport ( Ən az ABŞ-a daxil olacağınız tarixdən 6 ay sonraya qədər etibarlı olmalıdır)

Və digər bütün təsdiqlənmiş,tərcümə edilmiş sənədlər.

Məsləhət!

Vizanızı almadan evinizi,maşınınızı satmayın,sevgilinizdən ayrılmayın, Çünki vizanı ala bilməmə ehtimalınız var.

Müsahibə bitdi. Sonra ? Ya vizanız qəbul edilir ya da rədd.

Vizanız qəbul edildikdən sonra pasportunuz viza ilə birlikdə sizə poçtla göndəriləcək və ya xəbər ediləcək ki,gəlib götürə bilərsiniz. Əlavə olaraq,sizə ABŞ-da sərhəd xidmətinə təqdim etmək üçün möhürlənmiş zərflər veriləcək ki,bunları açmayın!

ABŞ-a səyahət etmədən öncə USCIS-i görüm-baxım etməlisiniz

USCIS xidmət rüsumunu ödəmək üçün bu linkə daxil olub Log In seçirsiniz : https://www.uscis.gov/file-online

 Ödəyirsiniz və daha sonra USCIS sizin “Green card”ınızı hazırlamağa başlayır.

 

Mənbə: Turizm.fins